23 Yanvar 2020 15:23
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə prosesdə qərar elan olunub.

Qərara görə, təqsirləndirilən şəxslərin barələrində bəraət hökmünün çıxarılması barədə verdikləri kasasiya şikayətləri təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Quliyev 13 il, digər şəxslərin isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin bəraət istəmələri barədə verdikləri şikayət təmin olunmayıb.

İttiham aktına görə, həmin şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar.

Ölkə ərazisində olarkən həbs ediliblər.

Bundan başqa, istintaq sənədlərinə görə, Emin Quliyev mütəmadi olaraq sosial şəbəkələrdə azərbacanlıları Suriyada İŞİD-in tərəfində döyüşməyə çağırıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər