26 Yanvar 2020 22:34
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.

Tovuz rayon sakini, 1962-ci il təvəllüdlü Əbülfət İslam oğlu Salmanov mübahisə zəminində qardaşı, Rövşən Salmanov tərəfindən bıçaqlanıb.

Əl, baş və sinə nahiyəsindən bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report