Neftçala rayonunda avtomobili aşıran sürücünün oğurluq etməsi müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sentyabrın 22-də saat 14 radələrində Neftçala rayonunun Cəngən kəndində Lənkəran rayon sakini Seyidəli Qasımzadə idarə etdiyi “New Holland W 170” markalı yükləyici avtomobili aşırıb.
Neftçala rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı S.Qasımzadənin həmin avtomobili sentyabrın 22-nə keçən gecə Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən “Qaraçay” tikinti şirkətinə məxsus sahədən qaçırması müəyyən edilib.
Hacı Zeynalov