Hacıqabulda 58 yaşlı qadın zəhərlənmədən ölüb.
Teleqraf.com xəbər verir ki, Hacıqabul şəhər sakini Yuzbaşeva Kifayət Ağaqulu qızı sirkə turşusundan zəhərlənib.
Qadın yaxınlarının köməkliyi ilə rayon mərkəzi xəstəxanasına aparılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.