1 Fevral 2020 11:28
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 31-də Bakıda cinayət-axtarış xidmətləri tərəfindən 22 cinayətin üstü açılmaqla, şübhəli şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunub.

Teleqraf.com xəbər verir ki, cinayət axtarış xidmətləri ilə yanaşı, Binəqədi rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşları borclu kimi axtarışda olanlar – 1988 təvəllüdlü Ü.Fərəcov və E.Səmədovu müəyyən ediblər.

Bundan başqa, Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşları 1989-cu il təvəllüdlü B.Kərimovdan 246 qram metamfetamin, əvvəllər Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məhkum olunan 1991-ci il təvəllüdlü T.Vəliyevdən 2,512 qram heroin, 165 qram metamfetamin və evinin yaxınlığında yerləşən yarımtikilidən 1 kq 700 qram heroin aşkarlayıblar.

Yasamal rayon Polis İdarəsinin xidməti əməkdaşları Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olan 1991-ci il təvəllüdlü X.İsmixanovu saxlayıblar.

Saxlanılan şəxlər ərazi üzrə şöbə və bölmələrə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, son aylar polis orqanlarında həyata keçirilən sistemli islahatlar, vətəndaş məmnunluğunun təmin edilməsilə bağlı qarşıya qoyulan tələblər, aparılan yoxlamalarda aşkarlanan nöqsan və çatışmazlıqların aradan qaldırılması müsbət nəticələr verir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər