7 Fevral 2020 15:26
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Elçin Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Elçin Eyvazov Sabirabadın Yolçubəyli kəndində yaşayan əmisi oğlu Müstəqil Eyvazlının onun atası Mədaxil Eyvazovla mübahisə etməsi və bacısı Qətibə Eyvazovanı vurmasını eşidib.

Elçin Eyvazov evdən mətbəx bıçağını götürüb və Müstəqil Eyvazlının yaşadığı evin yaxınlığına gəlib. Əmisi oğlunu çağırıb, mübahisə ediblər.

Mübahisə və dalaşma zamanı Elçin əmisi oğlu Müstəqilin sol əl və sağ döş nahiyəsinə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Elçin Eyvazovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Eyvazov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elçin Eyvazov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini xahiş edib.

Elçin Eyvazovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə Elçin Eyvazovun şikayətini qismən təmin edib və onun cəzasını 3 ilə qədər endirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər