15 Fevral 2020 23:25
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə arvadını bıçaqlamaqda təqsirləndirilən Xəyyam Yusubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.

Hakim heyətinin keçirdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 18-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında baş verib.

Şəki Rayon Mərkəzi Xəstəxanasına bıçaq xəsarəti ilə daxil olan şəhər sakini, 1985-ci il təvəllüdlü Gülşən Yusubovaya sağ qabırğaaltının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Gülşən Yusubova hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib. O bildirib ki, yaşadığı evdə yıxılıb, əlindəki bıçaq bədəninə batıb.

Şəki şəhər-rayon polis şöbəsinin apardığı araşdırma zamanı isə məlum olub ki, Gülşən Yusibova əri tərəfindən bıçaqlanıb.

1978-ci il təvəllüdlü Xəyyam Yusubovun spirtli içkinin təsiri altında arvadını bıçaqladığı üzə çıxıb.

İstintaq orqanı tərəfindən Xəyyam Yusubovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər