15 Fevral 19:56
579

Masallı rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Masallı rayon polis şöbəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş R.Şiriyevin Ərkivan qəsəbəsindəki yaşadığı evə baxış zamanı oradan 1 ədəd qundağı və lüləsi kəsilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Cəlilabad rayon polis şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhərində yaşayan E.Şəmmədovun evinə baxış zamanı oradan 1 kiloqram heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə E.Şəmmədovun qardaşı, Şötüklü kənd sakini T.Şəmmədovun evinə baxış zamanı isə 1 ədəd nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng aşkar edilib.

Oxşar əməliyyat Şirvanda da keçirilib.

Şirvan şəhər polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş C.Abdullayevdən 490 qram marixuana götürülüb.


Müəllif: Hacı Zeynalov