24 Fevral 2020 15:46
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın üç rayonunda polis narkotiklərlə bağlı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Masallı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz döriyyəsində şübhəli bilinən Qəriblər kənd sakini, əvvəllər məhkum olunmuş E.Ağayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 395 qram marixuana götürülüb.

Bundan başqa, Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz döriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Gülməmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kiloqram 150 qram tiryək və 555 qram heroin aşkar edilib.

Oxşar əməliyyat Salyan rayonunda da keçirilib.

Salyan rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz döriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 445 qram marixuana götürülüb.


Müəllif: Hacı Zeynalov