26 Fevral 2020 10:12
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis İdarəsi ötən gün ərzində paytaxtda baş verən cinayət faktları və hadisələr haqqında məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də 46 cinayətin üstü açılıb.

Onlardan 8-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, soyğunçuluq üzrə 3, xuliqanlıq üzrə 5, narkotiklərlə əlaqəli 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 19 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 20 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.


Müəllif: Hacı Zeynalov