4 Mart 2020 20:28
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Gədəbəy rayon Kəsəmən kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə pəncərəni sındırmaq yolu qanunsuz daxil olaraq 3500 manat pulunu oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qızıltorpaq kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 34 yaşlı Çingiz İbrahimov saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o, oğruluq hadisəsini zərərçəkən ilə şəxsi ədavəti olduğuna görə törətdiyini bildirib. Bundan başqa istintaq zamanı Ç. Poladovun Tovuz rayonunda da analoji cinayət hadisəsini törətdiyi məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər