Goranboy rayonunda 25 yaşlı oğlan 39 yaşlı qayınanasını bıçaqlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə ötən gün Tərtər rayon Düyərli kəndində baş verib. Kənd sakini, 1995-ci il təvəllüdlü Kürdoğlu Hüseynov qısqanclıq zəminində qayınanası, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Leyla İsgəndərovanın bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirib. L. İsgəndərova xəstəxanaya yerləşdirilib.
K. Hüseynov isə saxlanılıb, istintaq davam etdirilir.