31 Mart 2020 14:49
1 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Elnur Paşayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xıdır Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 21-nə təyin edilib.

Elnur Paşayev rayon ərazisində 15 yaşlı qızla cinsi əlaqədə olmaqda ittiham edilir.

Elnur Paşayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər