Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda iki nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.
İlhamə