Sentyabrın 28-nə keçən gecə Xəzər rayonu Binə qəsəbəsindən qəsəbə sakini Maksim Məmmədova məxsus “VAZ-2101” markalı avtomobil qaçırılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış qəsəbə sakinləri 16 yaşlı 3 oğlan (R.Z, X.S və X.İ) tutulub.
R.Z-nın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini, 15 yaşlı oğlan (Q.Q) ilə birgə sentyabrın 8-də Arif Əliyevə məxsus “Saipa” markalı avtomobili qaçırması da müəyyən edilib. O da saxlanılıb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov