Bakının Nərimanov rayonunda soyğunçuluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 25 saylı xətt avtobusunda naməlum şəxs Bakı şəhər sakini Əkbər Cəfərovun 100 manatını alaraq hadisə yerindən qaçıb. Əkbər Cəfərov soyğunçuluqla bağlı polis idarəsinə şikayət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi İsmayılov tutulub.
Hacı Zeynalov