21 Aprel 2020 10:00
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda qətldə ittiham olunan 1991-ci il təvəllüdlü Abdulla Ayalovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, Zaqatala rayon Məhkəməsində hakim Tural Həsənovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanının vəsatəti təmin olunub.

Abdulla Ayalovun barəsində həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.

İttihama görə, hadisə ötən il oktyabrın 23-də axşam saat 23:00 radələrində rayonun Danaçı kəndində baş verib.

Kənd sakinləri 1963-cü il təvəllüdlü Abakar Zutov, onun oğlu 1991-ci il təvəllüdlü Həmzət Zutov və onların həmkəndlisi, 1990-cı il təvəllüdlü Abdul Ayalovun arasında dava düşüb.

Dava zamanı Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib. Ağır bıçaq xəsarətləri olan Abakar Zutov Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Oğlu Həmzət Zutova isə sol əlin və sol kürəyin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, xəsarəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Həmkəndlisini bıçaqlayaraq qətlə yetirən Abdul Ayalov Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, Danaçı kəndində keçirilən toy mərasimində Abakar Zutov və Abdul Ayalov arasında rəqs etmək üstündə dava düşüb.

Məclis iştirakçıları davanın qarşısını alaraq tərəfləri sakitləşdirib. Mərasimi başa çatdıqdan sonra adıçəkilən şəxslər toy sahibinin evinə yığışıblar. Bu zaman onlar arasında yenidən dava düşüb. Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Abdulla Ayalovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Zaqatala rayon prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər