Bakının Sabunçu rayonunda üç övladına işgəncə verməkdə ittiham olunan Rabil Kazımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, onun barəsində olan cinayət işi Sabunçu rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Fəqan Əhmədovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
İttihama görə, Rabil oğlu Kazımov qızları – Fatmə Kazımzadə və Zəhra Kazımzadə, oğlu Mübariz Kazımizadəni evdə əl-qollarını bağlı saxlayıb, onlara işgəncə verib.
Hər üç şəxs cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
İstintaq orqanı tərəfindən Rabil Kazımovun barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (əzab vermə, iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) maddəsi ilə ittiham elan edilib.