Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, rayon ərazisində Ənvər Qəniyev naməlum şəraitdə bıçaqlanıb. O, ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Ənvər Qəniyevin həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Rəhim Nəbiyev tutulub.
Hacı Zeynalov