7 May 2020 08:54
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur İsmayılovun barəsində daha bir ağır ittiham irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi yenidən araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gönərilib.

İş araşdırılması üçün hakim Eldar Mikayılovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, bundan əvvəldə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə işin istintaqa qaytarılması barədə qərar qəbul edilmişdi.

Həmin dövrdə zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunun müəyyən edilməsi üçün cinayətin işinin ibtidai istintaqa qaytarılması barədə vəsatət vermişdi.

Həmin məhkəmə iclası qurulan dövrdə Zaur İsmayılov Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham elan edilirdi.

Hazırda Zaur İsmayılov hər iki maddə ilə mühakimə olunacaq.

Qeyd edək ki, hadisə 2018-ci ilin dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində baş verib.

Paytaxt sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirərək hadisə yerini tərk edib.

Nəticədə xəstəxanaya yerləşdirilmiş Tural Babayev ölüb, Asif Bağırov isə ağır yaralanıb.

Hadisəni törətmiş Zaur İsmayılov könüllü olaraq Nizami rayon Polis İdarəsinə gəlib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olduğunu bildirib.

Zaur İsmayılov tutulub, silahı evdən götürülüb.

Bu cinayət hadisəsi kriminal qruplaşmalar arasında baş verən çəkişmənin nəticəsidir.

Zaur İsmayılov Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qruplaşmasının üzvü olduğu iddia edilir.

Qətlə yetirilən Tural Babyev isə kriminal avtoritet Lotu Qulinin rəhbərlik etdiyi qruplaşmanın üzvüdür.

Tural Babayevin Zaur İsmayılovu üzvü olduğu qruplaşmaya cəlb etmək istədiyi, ikincinin isə bundan imtina etdiyi, nəticədə onların arasında narazılıq yarandığı bildirilir.

Bu narazılıqdan sonra Zaur İsmayılovun Tural Babayevi aradan götürmək üçün sözügedən cinayətə əl atdığı ehtimal olunur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər