2 Oktyabr 2014 13:00
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Pirallahı-Qala yolunda qeydə alınıb. Bakı şəhər sakini Əhməd Lütfəliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil qarşıdan gələn Elman Dadaşovun sürdüyü “Volkswagen” markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ 2109” markalı avtomobildə olan sərnişin Xanlar Həsənov ölüb. Hər iki sürücü ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: