2 Oktyabr 2014 14:41
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda bir ay əvvəl yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, avqust ayının 23-də saat 12 radələrində Bərdə rayonunun Mustafaağlı kəndində rayon sakinləri Murad Yaşazadənin idarə etdiyi “Opel” və Məmməd Məmmədovun idarə etdiyi “VAZ-2105” markalı avtomobillər toqquşub. Hər 2 sürücü xəstəxanaya yerləşdirilib, M.Məmmədov sentyabrın 30-da ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: