Daxili İşlər Nazirliyi Salyanda bank işçisinin intihar etməsi ilə bağlı rəsmi məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 1-də saat 13 radələrində Salyan şəhərində yerləşən Kapital Bankın həyətində qeydə alınıb. Orada inkassator-sürücü işləyən Telman İsgəndərov xidməti tapançadan atəş açaraq özünü yaralayıb. Xəstəxanaya yerləşdirilmiş T.İsgəndərov ölüb. Hadisə yerindən “TT” markalı tapança götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov