19 May 2020 08:55
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Həsən Rəhimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, məhkəmənin hazırlıq iclası iyunun 1-nə təyin edilib.

İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

İttihama görə, bu ilin yanvarın 1-də Nərimanov rayonu ərazisində “Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə polisə məlumat daxil olub.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini, "Aristokrat" klinikanın sahibinin oğlu, 31 yaşlı Həsən Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Həsən Rəhimli tutulub.

Istintaq orqanı tərəfindən Həsən Rəhimlinin barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər