21 May 2020 12:35
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçrilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Pənahov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 1 mağazadan, 1 gözəllik salonundan, 1 şirniyyat sexindən pul oğurlaması da müəyyən edilib.

Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-da rayon ərazisindəki kompyuter salonlarının birindən 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakinləri E.Cəfərov və əvvəllər məhkum olunmuş R.Allahquliyev saxlanılıb.

Ətraflarında aparılmış tədbirlərlə ilə onların mayın 17-də daha 1 kompüter salonundan 650 manat dəyərində oyun aparatları və diskləri oğurlamaları da müəyyən edilib.

Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində naməlum şəxs Z.Zeynalovun mənzilindən 1 200 manat qızıl-zinət əşyaları oğurlayıb.

Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Vəliyev müəyyən olunaraq saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər