Bakının Sabunçu rayonunda quldurluq hadisəsi törədən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə bu ilin sentyabrın 1-də baş verib. Gürcüstan vətəndaşı Hüseyn Vəliyev quldurluqla üzləşib. Naməlum şəxs bıçaqla ona hədə-qorxu gələrək pulunu alıb.
12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rizvan İsmayılov tutulub.
Hacı Zeynalov