Bu gecə İsmayıllı rayonu, Mingə kəndində "Ford" markalı mikroavtobus idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusun sürücüsü və 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıb, 2 nəfər ölüb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları və 2 cəsədi dərədən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.