Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində Bakı şəhər sakinləri M.Xalıqov dan 1 kiloqram 25 qram heroin, 500,171 qram metamfetamin və E.Nəbiyevdən 50,375 qram heroin, Maştağa qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə 3 kiloqram 75 qram heroin, 5 kiloqram 10 qram marixuana və 1 kiloqram 80 qram metamfetamin aşkar edilib götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.