20 İyun 2020 12:24
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini B.Babayev həbs edilib.

Onun yaşadığı Şüvəlan qəsəbəsindəki evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 64 kiloqram 269 qram olan 177 ədəd çətənə kolu, 81,781 qram marixuana və 45 qram çətənə toxumu aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər