23 İyun 2020 12:10
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda külli miqdarda dələduzluqda təqsirləndirilən Elxan Babayev barəsində qərardan verilən kasasiya protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Bakı Apelyasiya Məhkəməsinin Elxan Babayevin barəsində çıxardığı bəraət hökmü qüvvəsində saxlanılıb.

İstintaq orqanı təəfindən Elxan Babayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddəsi ittiham olunub.

İttiham aktına əsasən, o, Bakıda 3 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi tərəfindən onun barəsində elan olunmuş hökm ləğv edilib və ona bəraət verilib.

Elxan Babayev məhkəmə iclas zalından azadlığıa buraxılıb. Bundan narazı qalan dövlət ittihamçısı kasasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər