28 İyun 2020 13:22
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda adam oğurluğu etməkdə təqsirli bilinən Elturan Daşdəmirov və onun əmisi oğlu Tərlan Daşdəmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqrf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Elturan Daşdəmirovun barəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi, Tərlan Daşdəmirovun barəsində isə Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Elturan Daşdəmirov əmisi oğlu ilə birlikdə evlənmək məqsədilə H.Təhməzovanı qaçırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər