Bakının Nərimanov rayonunda evdən külli miqdarda pul oğurlayan həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Saləddin Hüseynovun evindən 40000 manat və qızıl əşyalarını oğurlamış Mingəçevir şəhər sakini Asif Murtuzov tutulub.
Hacı Zeynalov