16 İyul 2020 09:25
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Babalar Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu il fevralın 20-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1981-ci il təvəllüdlü Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək reklam lövhəsinə çırpılıb.

Hadisə nəticəsində sürücü və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Müəyyən edilib ki, “KİA” markalı avtomobil əvvəlcə eyni istiqamətdə hərəkətdə olan 1989-cu il təvəllüdlü Babalar Bayramovun idarə etdiyi “Ford” markalı avtomobillə toqquşub, daha sonra idarəetməni itirərək reklam lövhəsinə çırpılıb, “Ford” markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Aparılmış istintaqla hadisənin Babalar Bayramov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə, daha sonra sonuncunun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. O, fevralın 21-də şübhəli şəxs qismində tutulub.

İstintaq orqanı tərəfindən Babalar Bayramovun barəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyət hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər