21 İyul 2020 11:45
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə qardaşını və polis mayorunu bıçaqlamaqda təqsirləndirlən Seyhan Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə ötən il dekabrın 26-ı saat 19 radələrində Burunc kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov sərxoş qardaşı Arif Nəcəfovla mübahisə edib.

Məlumatı dəqiqləşdirmək üçün əraziyə gələn polis mayoru Elçin İslam oğlu Aslanov bıçaqlanıb. O, polisə 5 bıçaq zərbəsi vurub və onu xidmət başında öldürməyə cəhd edib.

İstintaq orqanı tərəfindən Seyhan Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 29, 120,2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onu öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər