10 Oktyabr 2014 09:55
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Prokurorluğun müstəntiqləri hadisə yerində araşdırma aparırlar.

Qeyd edək ki, oktyabrın 9-da “Karvan” Ticarət Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə dizaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yanğın təxminən 350 kv.m. sahəni əhatə edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər