1 Avqust 2020 14:29
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bu ilin 6 ayı ərzində polis və prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 143, o cümlədən 29 ağır və xüsusilə ağır cinayət açılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, aparılan əməliyyat tədbirləri ilə dövlət iqtisadiyyatına təhlükə yaradan 11 saxta pul hazırlama və satma cinayət faktları aşkarlanıb.

Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılaraq, ağır və xüsusilə ağır cinayət törətdiyinə görə 129 təqsirləndirilən şəxs tutulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər