Lənkəran şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasına narkotik vasitələrin keçiriləməsinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, əməliyyatı Lənkəran Polis Şöbəsi əməkdaşları keçirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə saxlanılan Bəhruz Musayevə sovqat gətirmiş şəhər sakini Şahin Əliyevin bağlamasında 1,5 qram heroin və 1 ədəd şpris aşkar edilərək götürülüb.
B.Musayevin saxlandığı kameraya baxış zamanı isə 1 ədəd mobil telefon aşkar edilib.
Hacı Zeynalov