13 Avqust 2020 09:20
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Daxil olmuş məlumat əsasında Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Hacıqərvənd kənd sakini Ramal Mehdiyev saxlanılıb.

Ramal Mehdiyevin kənd ərazisindəki yaxın qohumuna məxsus evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 20 ədəd çətənə kolu aşkar edilib.

Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov