21 Avqust 2020 19:40
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lotu Quli” ləqəbli 47 yaşlı qanuni oğru Nadir Səlifovun Moskva ilə telefon danışığından dərhal sonra öldürüldüyü məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Moskva-Baku.ru” nəşri məlumat yayıb.

Məlumata görə, “Xan Bakinski” ləqəbli 25 yaşlı qatil Xaqan Zeynalov Qulinin otağına girərkən, mərhum borcunu (5 milyon rubl) vaxtında ödəməyən Moskvanın “Fud siti” bazarının tərəvəz tədarükçüsü ilə telefonda danışırmış. Quli iş adamı ilə vidalaşaraq, sabaha qədər möhlət verib və bir daha gecikmə halı baş verərsə. taciri öz pavilyonunda "parçalayacağına" söz verib. Xan Quliyə sözünü bitirməyə imkan verib, daha sonra isə atəş açmağa başlayıb. Otaqda olan Qulinin mühafizəçiləri Xanı cavab atəşi ilə yaralasalar da, qatil küçədə onu gözləyən tərəfdaşı 26 yaşlı Amir Qamicinin avtomobili vasitəsilə qaçmağa müvəffəq olub. Bir müddət sonra polis onları Dənizli şəhərinin girişində tutub.

Xatırladaq ki, Quli Antalyada beşulduzlu “Alva Donna” otelində öldürülüb.

Cinayətin sifarişçisinin 18 avqust 2016-cı ildə öldürülən Rövşən Canıyevin (Rovşən Lənkəranski) ətrafındakılardan birinin olduğu (Rövşən Lənkəranskinin dayısı oğlu, “Dayıoğlu Zaur” ləqəbli Zaur Əhmədov) bildirilir.

Zeynalov bir müddət əvvəl mərhumla tanış olub, etimadını qazanaraq Nadir Səlifovun mühafizəçisi olub, Lənkəranskinin ölümünün dördüncü ildönümündə isə Qulini qətlə yetirib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər