28 Avqust 2020 21:37
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqo Demokratik Respublikasının şərqində, Şimali Kivu əyalətinin Katanqa qəsəbəsində ibtidai məktəbə ötən gün hücum edən naməlum şəxslər buraxılış imtahanı verən uşaqlardan azı beşini qətlə yetiriblər.

Teleqraf.com xəbər verir ki, hərbçilərin gəldiyindən xəbər tutan terrorçular müəllimləri və bəzi uşaqları qaçırdıblar.

Qeyd edək ki, sözügedən bölgədə ADF (Müttəfiq Demokratik Qüvvələr) adlı silahlı birləşmə fəaliyyət göstərərək mülki əhalini hədəf alır. BMT-nin məlumatına görə, son ilyarım ərzində bölgədə azı 793 nəfər öldürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər