Gəncədə qətl hadisəsi baş verib.
Teleqraf.com "Modern.az"a istinadla xəbər verir ki, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.
Sözügedən küçədə yaşayan orta yaşlı kişi evdə bıçaqla qətlə yetrilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.
Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin professorudur.