1 Sentyabr 2020 14:57
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda qadına təcavüz etməkdə ittiham olunan Laçın Dadaşovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin olunub.

İttihama görə, Quba rayon sakini Laçın Dadaşov rayon ərazisində həmyerlisi Məlahət Səmədovaya (ad və soyad şərti verilib – red.) təcavüz edib.

Belə ki, o, Məlahət Səmədovanın köməksiz vəziyyətindən istifadə edib və zorakılıq göstərməklə onunla cinsi əlaqədə olub.

Daha sonra Laçın Dadaşov təcavüzə məruz qoyduğu qadına hədə-qorxu gəlib, onunla bir neçə dəfə də cinsi əlaqədə olub.

Zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Laçın Dadaşov həbs edilib.

İstintaq orqanı tərəfindən Laçın Dadaşovun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov