13 Oktyabr 2014 14:34
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayon sakinin evini yandıran həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də Bəhrəmtəpə qəsəbə sakini Rahilə Abbasovaya məxsus evi qəsdən yandırmış rayon sakini Elşən Tağıyev tutulub.

Qeyd edək ki, Rahilə Abbasovaya məxsus mənzildə baş verən yanğın nəticəsində ümumi sahəsi 135 kvadratmetr olan 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov məhdudlaşdırılıb, ətrafdakı ev və tikililər yanğından mühafizə olunub. Yanğın baş verən anda evdə heç kim olmayıb. Evlərinin yandığından xəbər tutan ev sahibləri yanğın hadisəsinin qəsdən törədildiyini bildiriblər.

Faktla bağlı İmişli rayon Polis Şöbəsinə müraciət edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin İmişli rayon Qaragüvəndikli kənd sakini Elşən Tağıyev tərəfindən törədildiyi aşkar edilib. Elşən Tağıyev yanğının onun tərəfindən törədildiyini etiraf edib və hadisəni məqsədli şəkildə törətdiyini bildirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər