15 Oktyabr 2014 10:00
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncənin Nizami rayon Məhkəməsində Göygöl sakini, Yenizod kənd orta məktəbində direktor müavini işləmiş Firizman Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Firizman Bağırov Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 150 (seksual xarakterli zorakılıq hərəkətləri və 128 (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham edilib. İttihama görə, Firizman Bağırov Samirə (ad şərti verilib) adlı qadına seksual xarakterli hərəkətlər edib. O, daha sonra qadını döyərək bədən xəsarəti yetirib.

Məhkəmənin hökmü ilə Firizman Bağırov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Firizman Bağırov məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Firizman Bağırov bundan əvvəl mətbuata verdiyi açıqlamasında belə bir hadisənin olmadığını və şərləndiyini bildirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər