Bakının Nəsimi rayonunda dəhşətli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində yerləşən Səməd Vurğun bağında qeydə alınıb.
Bağda təxminən 50-55 yaşlarında qadın bıçaqla boğazını kəsərək intihara cəhd edib. Qadın ərazidə olan polis əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Ona tibbi yardım göstəriblər. Ilkin məlumata görə, qadının vəziyyətinin ağır olduğu bildirilir.
Orta yaşlı olan qadın bağda çay satmaqla məşğul olub. Səyyar çay satışı ilə məşğul olan qadının hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov