2 Yanvar 2021 16:30
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Kolatan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, obyektə baxış keçirilən zaman orada həmçinin mərc oyununun təşkil olunduğu da müəyyən edilib.

Həmin obyektin sahibi A.Bayramov və 9 nəfər müştəri polis şöbəsinə dəvət olunaraq həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Həmin şəxslər barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər