Cəlilabad rayonunda oğurluqla məşğul olan dilənçi qadın həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, rayon sakini Rəsmiyə Rəhimovanın evindən qızıl əşyalar oğurlanıb. Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax şəhər sakini Əminə Bəkirova saxlanılıb.
Məlumata görə, Əminə Bəkirova rayon ərazisində dilənçiliklə məşğul olurmuş.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov