Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Fərid Əzizli, onunla birlikdə xuliqanlıqda ittiham olunan Kərim Şükürov və Əziz Əzizlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 16-na təyin olunub.
İttihama görə, ötən ilin iyulun 19-da saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Ramid Sevindikzadənin öldürülməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla 2003-cü il təvəllüdlü Fərid Əzizlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramid Sevindikzadəyə bıçaq zərbələri vurub, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərid Əzizli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfidən Fərid Əzizlinin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bundan başqa, Fərid Əzizli ilə birlikdə olan Kərim Şükürov və Əziz Əzizli də kütləvi dava da iştirak edib. Kərim Şükürov və Əziz Əzizli də məsuliyyətə də cəlb olunub.
Dava zamanı - Azad Aslanov və Rüfət Nəsirov da xəsarət aldıqları üçün cinayət iş.i üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.
Kərim Şükürov və Əziz Əzizlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.