21 Fevral 2021 16:54
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Hüseyn Hüseynovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün hakim Famil Nəsibovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 2-nə təyin olunub.

İttihama görə, Hüseyn Hüseynova “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

İstintaq orqanı tərəfindən Hüseyn Hüseynovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov