Bakının Xətai rayonu ərazisində meyit aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, R.Quliyev küçəsində 40-45 yaşlı kişi koma vəziyyətində tapılıb. O, 3 saylı şəhər xəstəxanasına yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov